Azərbaycanda koronavirusa yoluxan yüksək vəzifəli şəxs vəfat etdi

  • By arzu
  • 09 Dekabr 2020 14:59

Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini Qurban İsmayılov bu gün səhər saatlarında koronavirusdan vəfat edib.

Gununsesi.org-un məlumatına görə, Q.İsmayılovun iki həftə əvvəl verdiyi COVID-19 testi pozitiv çıxıb və o xəstəxanada müalicə alıb.

İsmayılov Qurban Soltanəli oğlu 19 noyabr 1971-ci ildə Naxçıvan MR Babək rayonu, Qaraxanbəyli kəndində anadan olub. 2017-ci ildən Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb.

Gununsesi.org