
Azərbaycan Mərkəzi Bankı (AMB) 15 nəfər fiziki şəxsə, 1 hüquqi şəxsə və 1 müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul hüquqi şəxsə sığorta agenti fəaliyyətinə verilmiş lisenziyaları ləğv edib.
Bu barədə AMB-dən məlumat verilib.
Bildirilib ki, bununla bağlı qərar “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq könüllü müraciət əsasında Mərkəzi Bankın İdarə Heyətinin 11 yanvar 2023-cü il tarixli qərarı ilə qəbul edilib.
Gununsesi.info