Banklara 63 milyondan çox dollar SATILDI

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə 2022-ci il üzrə sonuncu valyuta hərracı keçirilib.

Gununsesi.info xəbər verir ki, hərracda tələb 63,4 ABŞ dolları olub və tam təmin edilib.

HTML tutorial

Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (27 dekabr 2022-ci il tarixində keçirilib – red.) müqayisədə 7,4% və ya 4,4 mln. ABŞ dolları artıb. Qeyd edək ki, bu ilin dekabr ayında Dövlət Neft Fondu vasitəsilə banklara 595,9 milyon dollar (Ötən ilin eyni dövrünə nisbətən 40% az) satılıb. Ümumilikdə isə, 2022-ci ildə bankların tələbi 5,2 milyard dollar təşkil edib.

Gununsesi.info