Mərakeşdəki zəlzələdə ölənlərin sayı 2497-yə çatdı

Mərakeşin əl-Huz bölgəsində baş verən güclü zəlzələ zamanı həlak olanların sayı artıb.

Gununsesi.info “Asharq” telekanalına istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində ölənlərin sayı 2497 nəfərə yüksəlib.

Yaralıların sayı isə 2476 nəfər təşkil edib.

Xatırladaq ki, daha əvvəl verilən məlumatda 2012 nəfərin həlak olduğu, 2059 nəfərin isə yaralandığı bildirilirdi.

 

Gununsesi.info