İlham Əliyev açılışda – Dövlət başçısı da maska taxdı(FOTO/YENİLƏNİB)

İlham Əliyev açılışda – Dövlət başçısı da maska taxdı

Dövlət başçısı İlham Əliyev iyunun 3-də Tərtər rayonuna səfərə gəlib.
Gununsesi.org xəbər verir ki, dövlət başçısı milli lider Heydər Əliyevin Tərtər şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Daha sonra İlham Əliyev Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib.
Dövlət başçısına muzeydə nümayiş etdirilən eksponatlar barədə məlumat verilib. İlham Əliyevin açılış zamanı maskadan istifadə etməsi diqqət çəkib.
Bu gün Buruc-Gülabatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib.
İlham Əliyev yolun açılışında iştirak edib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov dövlət başçısına yolun texniki göstəriciləri barədə məlumat verib.
İlham Əliyev Tərtər Olimpiya İdman Kompleksinin açılışında da iştirak edib.
Dövlət başçısı kompleksdə yaradılan şəraitlə tanış olub. Komplekslə tanışlıqdan sonra ölkə başçısı bir qrup idmançı ilə görüşüb.
İlham Əliyev 110/35/6 kilovoltluq “Tərtər” elektrik yarımstansiyası yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində də iştirak edib.
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlət başçısına elektrik yarımstansiyasının fəaliyyəti barədə məlumat verib.
Daha sonra dövlət başçısı “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Tərtər filialının açılışında iştirak edib.
“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına müəssisədə yaradılan şərait barədə məlumat verib.

Gununsesi.org

COMMENTS