Polşada prezident seçkisinin tarixi açıqlandı

Polşada prezident seçkisinin tarixi açıqlandı

Polşada növbəti prezident seçkisi iyunun 28-də keçiriləcək.

Gununsesi.org TASS-a istinadən xəbər verir ki, bunu iyunun 3-də Polşa parlamentinin Aşağı Palatasının sədri Eljbet Vitek bildirib.

“Prezidenti seçkisi 2020-ci il iyunun 28-i bazar gününə təyin edilib”, – o deyib.

E.Vitekin sözlərinə görə, ölkənin Dövlət Seçki Komissiyası seçkinin keçirilməsi qərarını dəstəkləyib.

Artıq Polşada seçki kampaniyası başlayıb.

 

 

Gununsesi.org

COMMENTS