Beyonsla əri himn zamanı ayağa qalxmadılar, tənqid olundular- Video

Beyonsla əri himn zamanı ayağa qalxmadılar, tənqid olundular

Ötən gün Mayamidəki “Hard Rock” stadionunda baş tutan “Super Bowl”da qalmaqallı anlar yaşanıb.  Belə ki,  Amerikan Futbol Liqasının çepionatını izləyənlər arasında dünya ulduzu Beyons və repçi həyat yoldaşı Jay-Z  də olub.

Gununsesi.org xəbər verir ki,  matçda məşhur müğənni Demi Lovatonun ifasında Amerikanın milli himni səsləndirilib.

Futbolçular, bütün tamaşaçılar ayağa qalxaraq himni birgə oxuyublar. Lakin Beyonsla Jay Z-nin ayağa qalxmaması diqqət çəkib. Onlar qızları ilə birlikdə himn əsasında stullarında oturmağa davam ediblər.

Hər iki ulduzun bu addımı sosial şəbəkələrin də gündəmini zəbt edib və onların bu addımı hörmətsizliklə nəticələnib.


Gununsesi.org

COMMENTS