Məktəblilərin zəhərlənmə səbəbi - TƏBİB

Xəbər verdiyimiz kimi, Binə qəsəbəsindəki 149 saylı orta məktəbin 15 şagirdi naməlum narahatlıq səbəbiylə xəstəxanaya yerləşdirilmişdi.

TƏBİB-dən Gununsesi.info – ya verilən məlumata görə, səbəb qida zəhərlənməsi olub.

HTML tutorial

“TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə təxliyə olunan Bakı şəhəri 149 nömrəli məktəbin şagirdlərinə zəruri tibbi xidmətlər göstərilib və onlar evə buraxılıblar. İlkin ehtimala görə, onlar qəbul etdikləri qidadan zəhərləniblər”, – məlumatda bildirilib.

 

Gununsesi.info