
İstanbulda axşam saatlarında yağan yağışlı havanın təsirinə məruz qalan İstanbulda nadir təbiət hadisəsinə şahidlik edib. İstanbulun üzərindən keçən 7 kilometr qalınlığında bulud günəş batmamış şəhəri qaranlığa qərq edib.
Gununsesi.info xəbər verir ki, günü sərin, lakin günəşli gün keçirən istanbullular axşam saatlarında güclü leysanla qarşılaşıb. Pik saatlarda başlayan güclü yağış yolun vəziyyətinə də pis təsir edib.
Yağış və nəqliyyatla mübarizə aparan istanbullular nadir təbiət hadisəsinə də şahid olublar. Görüntülərdə 7 kilometrlik buludun günəşi 5 dəqiqəyə örtdüyü görülüb. Birdən hava qaraldığından çaxnaşma mühiti yaranıb.
Şəbnəm
Gununsesi.info