Məhkəmə xanım jurnalisti həbsdə saxlayıb

  • By admin
  • 02 Fevral 2024 13:15
Fevralın 2-də “Abzas Media” işi üzrə həbs edilən jurnalist Elnarə Qasımovanın ev dustaqlığına buraxılması ilə bağlı verilmiş vəsatətə baxılıb.
Gununsesi.info-nun məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə vəsatət təmin edilməyib.
Noyabrın 20-də “Abzas Media”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də baş redaktor Sevinc Vaqifqızı, noyabrın 30-da reportyor Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı, son olaraq yanvarın 13-də jurnalist Elnarə Qasımova saxlanılıb.
Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib.
Jurnalistlər ittihamları rədd edir və həbslərini “Abzas Media”da dərc olunan korrupsiya araşdır