Bakıda taksi piyadanı vurdu

Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfər ağır xəsarət alıb.

Gununsesi.info lent.az-a istinadən xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində baş verib.

Belə ki, taksi kimi fəaliyyət göstərən “Toyota” markalı minik avtomobili 1993-cü il təvəllüdlü Musayeva Günay Ziyəddin qızını vurub.

Yaralı ağır vəziyyətdə özəl klinikaların birinə yerləşdirilib.

Faktı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırılır.

Gununsesi.info