Erməni teleqram kanallarında Paşinyanın bu çağırışı böyük rezonans yaradıb. Həmin şərhlərdə bildirilir ki, Paşinyanın Koçaryanla debata razı olması erməni cəmiyyətini çox təəccübləndirib. Axı Paşinyanın əsas meydanı mitinqdir. O, məhz bu teatrda bir aktyor kimi yaxşı rol oynaya bilər. Buna görə də meydandan kənar Nikolun rəqibi ilə efirdə çəkişməsi son dərəcə maraqlı olacaq. Siyasi şərhçilərin bəziləri hesab edir ki, Nikol Vovayeviçin qazanma şansı hər gün azalır. Göründüyü kimi, Nikolun komandası da panika içindədir. Bütün bunlara baxmayaraq, Baş nazir kürsüsündə qalmaq üçün o, hər şeyi edəcək.

Canlı müzakirə 18 iyun tarixində olacaq və Paşinyan keçmiş Ermənistan liderləri Levon Ter-Petrosyan və Robert Koçaryanı böyük səbirsizliklə gözləyir.
Gununsesi.info erməni mediasına istinadən xəbər verir ki, o, bunu tərəfdarları ilə görüşdə bildirib.
Qarabağ qarşıdurması ilə bağlı qiymətləndirmələrə və dərc olunan faktlara toxunan Paşinyan bu günə qədər onlara əsaslı bir cavab olmadığını vurğulayıb və vəziyyəti son mərhələdəki mövcudluğu ilə təkzib olunmayan bir xəstəliklə müqayisə edib.
“Qarabağ məsələsi ilə bağlı danışıqlar paketi bir neçə səhifədən ibarətdir. Vətəndaşların bilməli olduqları bir çox nüanslar var”.
Gununsesi.info