Makron Cənubi Afrikada etirazla qarşılandı

  • By admin
  • 30 May 2021 11:36

Fransa prezidenti Emanuel Makron səfər etdiyi Cənubi Afrikada etirazlarla qarşılanıb.

Gununsesi.info  xarici  mətbuata istinadən xəbər verir ki, Cənubi Afrikadakı müsəlman iş adamlarının təmsil etdiyi  qeyri-hökumət təşkilatı Makronun səfərinə sərt reaksiya göstərib.

Cənubi Afrika  Peşəkar Müsəlman Təşkilatları Birliyinin (AMPSA) yayımladığı açıqlamada, Fransa Prezidenti Makronun ölkəyə səfərinin müsəlman cəmiyyəti üçün xəcalət olduğunu ifadə ediblər.

“Qəddar” olaraq xarakterizə olunan Makronun yalnız Fransa’da deyil, beynəlxalq aləmdə də İslam əleyhinə siyasət yürütdüyü xüsusi qeyd olunub.

Gununsesi.info