Lövhəsi olmayan otel: Qiymətləri dodaq uçuqladır

Fransanın paytaxtı Parisdə qapısında lövhə olmayan otel açılıb.

Gununsesi.info xəbər verir ki, dəbdəbəli zərgərlik və saat istehsalçısı Chopard şəhərin məşhur Vendome meydanındakı mağazasının yuxarı mərtəbələrini ultra zənginlər üçün gizli otelə çevirib.

Noyabrın 15-də açılışı olan oteldə müştəri qəbulu olmasa da, ikinci mərtəbədəki kiçik stolda qeydiyyat aparılır. Otel 15 otaq və suitdən ibarətdir. Altıncı mərtəbədəki 17 metrlik tavandan asılmış büllur çilçıraqları, mərmər kaminli və Versalı xatırladan həcmli çarpayılı zərli suit otağın gecəlik qiyməti 14 min avrodan, adi otaqlar isə 1400 avrodan başlayır.

Gununsesi.info