
Oksford lüğətinin ictimai səsverməsində 8 söz səslənib.
Gununsesi.info xəbər verir ki, 30 min insanın iştirak etdiyi səsvermədə 2023-cü ilin ən populyar sözü olaraq “rizz” sözü seçilib. Hərfi mənada “rizz” qarşı tərəfə təsir etmək, cazibə və cəlbedicilik deməkdir.
Bu söz həm də tərəfdaşı və ya bir insanı “sərin” şəkildə istiqamətləndirmək və ya təsir etmək kimi də ifadə edilə bilər.
“Rizz” sözü və onun mənası xüsusilə məşhur amerikalı aktyor Tom Holland bu sözü işlətdikdən sonra geniş yayılıb.
Gununsesi.info