
İsrailin Qəzzaya hücumlarının intensivliyi artmaqda davam etdiyi bu günlərdə kritik proseslər baş verir.
Gununsesi.info xəbər verir ki, Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) Baş Prokuroru Kərim Xanın Qəzzada mülki şəxslərə yardımın çatdırılmasının qəsdən qarşısının alınmasının müharibə cinayəti sayıla biləcəyi barədə İsraili xəbərdar etməsindən sonra BMT Təhlükəsizlik Şurasında mühüm bir proses baş verib.
Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) Qəzza zolağında humanitar səbəblərdən atəşkəslə bağlı qətnamə layihəsini Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına təqdim etdiyini açıqlayıb.
BƏƏ-nin BMT missiyasının X sosial media hesabından edilən açıqlamada qeyd olunur ki, “BƏƏ humanitar səbəblərdən Qəzzada atəşkəs üçün təcili qərar verilməsi çağırışı edib və qərar layihəsini BMT Təhlükəsizlik Şurasına təqdim edib”.
Gununsesi.info