Liviyada irimiqyaslı daşqın: 5 minə yaxın bina zədələnib

  • By resul
  • 16 Sentyabr 2023 12:42
liviya daşqın

“Daniel” siklonunun yaratdığı dağıdıcı sel nəticəsində Liviyanın Əl-Cebel əl-Əxdar bölgəsində 5 minə yaxın binaya ziyan dəyib.

Gununsesi.info xəbər verir ki, bu barədə Facebook-da Liviya Milli Birlik Hökuməti yanında Mənzil və Kommunal Layihələr İdarəsi məlumat yayıb.

“Bölgənin bərpaya ehtiyacı var; təxminən 35 km (təxminən 22 mil) yol, eləcə də yağış sularının drenajını təmin edən 20 km (təxminən 13 mil) xətti drenaj xətləri zədələnib”, – idarənin açıqlamasında deyilir.

Su təchizatı şəbəkələrinə də ziyan dəyib, bir sıra ərazilərdə içməli suyun verilməsində fasilələr yaranıb.

Rəsmi məlumatlara görə, Liviyada daşqınlar nəticəsində ən azı 6 min adam ölüb, minlərlə insan isə itkin düşüb.

Sentyabrın 10-da “Daniel” siklonu Liviyanın şimal-şərqini vurub və Aralıq dənizi sahillərində yerləşən şəhərlərə fırtınalı küləklər və tufanlarla müşayiət olunan güclü leysan gətirib.

Güclü yağışlar infrastruktura ciddi ziyan vurub, bir çox yaşayış binalarını, xəstəxanaları və digər mülki obyektləri su basıb.

Səid
Gununsesi.info