Çilidə zəlzələ oldu

  • By arzu
  • 16 Sentyabr 2023 15:13

Latın Amerika ölkəsi olan Çilidə zəlzələ olub.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, təbiət hadisəsi Çilinin şimalında baş verib.

Çili Milli Seysmologiya Mərkəzi zəlzələnin 5,9 bal gücündə olduğunu açıqlayıb.

Zəlzələnin episentri Atakama bölgəsindəki Kaldera şəhəri olub.

Yerin 22 km. dərinliyində gerçəkləşən zəlzələ yerli saatla 15:13-də yaşanıb.

Çilidə baş verən təbiət hadisəsi zamanı ölüm və ya dəyən ziyanın olmadığı açıqlanıb.

Xatırladaq ki, Çili dünyada ən çox zəlzələlər yaşanan ölkələrdən biridir.

 

Tərcümə: Arzu

Gununsesi.info