AB Ukraynanın taxıl məhsullarına tətbiq etdiyi qadağaları ləğv edir

  • By arzu
  • 15 Sentyabr 2023 23:12

Avropa Birliyi (AB) Ukraynanın taxıl məhsullarına qarşı tətbiq etdiyi qadağanı ləğv edir.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə AB Komissiyası açıqlama yayıb.

“Polşa, Macarıstan, Rumıniya, Slovakiya və Bolqarıstana Ukraynadan taxıl məhsullarının idxal edilməsinə gətirilən qadağa bu gün sona çatacaq”, – deyə bildirilir.

Komissiya 4 kateqoriya üzrə kənd təsərrüfatı məhsulları ixracatının Avropa Birliyi bazarına təsirlərinin analiz edildiyini vurğulayıb.

Araşdırmalar nəticəsində ixracat qadağasının AB xaricindəki ölkələrə paylanılmasına müsbət təsir etdiyi ifadə edilir.

Xatırladaq ki, Polşa və Macarıstan Ukrayna taxılına yönələn məhdudiyyətlərin müddətinin uzadılmasını istəyirdi.

 

Tərcümə: Arzu

Gununsesi.info