Lavrov Mirzoyanla regiondakı vəziyyəti müzakirə edib

  • By ilhame
  • 05 Mart 2024 21:16

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovla telefonla danışıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, söhbət zamanı onlar Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib, həmçinin ikitərəfli münasibətlərdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıb.

 

“Martın 5-də Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub. İkitərəfli münasibətlərlə bağlı məsələlər və Regiondakı vəziyyət müzakirə edilib”, – deyə məlumatda qeyd olunub.

Gununsesi.info