
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yeni şöbə yaradılır.
Gununsesi.info-nun xəbərinə görə, bununla bağlı AMEA-nın Rəyasət Heyətinin bu gün keçirilən iclasında qərara alınıb.
Belə ki, iclasda AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Türk xalqlarının etnologiyası şöbəsinin bazasında daxili imkanlar hesabına Türk xalqlarının tarixi və etnologiyası şöbəsinin yaradılması haqqında qərar qəbul olunub.
Gununsesi.info