Masallıda çay kənarından “Kalaşnikov” avtomatı aşkarlanıb

  • By ilhame
  • 05 Mart 2024 19:32

Masallıda “Kalaşnikov” avtomatı aşkarlanıb.

 

DİN-in Mətbuat Xidmətindən sayta verilən məlumata görə, Viləş çayının Masallı şəhəri ərazisindən keçən hissəsinin kənarında kisənin içərisindən silah-sursat tapılması barədə polisə məlumat daxil olub.

 

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd AK-74 markalı avtomat və 4 ədəd patron aşkarlanaraq götürülüb.

 

Fakt üzrə araşdırma aparılır.

Gununsesi.info