
Həbsdə olan işadamı, keçmiş deputat Nazim Bəydəmirlinin səhhətində problemlər yarandığı bildirilir.
Gununsesi.info xəbər verir ki, bu barədə N.Bəydəmirlinin həyat yoldaşı Fəridə Bəydəmirli məlumat verib.
Onun sözlərinə görə, bu gün, fevralın 21-də N.Bəydəmirli ilə telefonla danışıb: “Dedi ki, özümü çox pis hiss edirəm, səhhətimdə problemlər yaranıb. Zatən Nazim həmişə noyabr ayında fizioterapiyaya başlayırdı, çünki onun bronxlarında problem var idi”.
F.Bəydəmirli qeyd edib ki, fevralın 19-da həyat yoldaşını Penitensiar Xidmətin tibb məntəqəsinə gətiriblər: “Özü bunun üçün müraciət etmədiyini dedi. Nazimi rentgen ediblər, qan təzyiqini ölçüblər. Qan təzyiqi çox yüksək olub, halbuki heç vaxt onun qan təzyiqi olmayıb. Bir də laboratoriya analizini məsləhət görüblər, Nazim razı olmayıb”.
Gununsesi.info