Azərbaycan XİN başçısı: Ermənistanın bəzi dövlətlər tərəfindən silahlandırılması sülh prosesinə təhdiddir

  • By ilhame
  • 05 Mart 2024 21:11

Ermənistanın sülh və sabitliyə xidmət etməyən üçüncü tərəfləri bölgəyə cəlb etməsi, Ermənistanın bəzi dövlətlər tərəfindən silahlandırılması səyləri sülh prosesinə təhdiddir.

 

Gununsesi.info xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir-Abdullahian Ciddəddəki görüşündə bildirib.

 

Görüşdə, həmçinin iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyində duran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Gununsesi.info