
Bir zamanların məşhur serialı olan “Kurtlar Vadisi” yeni bölümləri ilə tamaşaçıların görüşünə hazırlaşır.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, serial yeni adı və aktyor heyəti ilə Acun Ilıcalının sahibi olduğu “Exxen” rəqəmsal platformasında yayımlanmağa başlayacaq.
Yeni adı “Kurtlar Vadisi Xaos” olaraq açıqlanan yeni serialda Necati Şaşmaz Polat Alemdar obrazı ilə çəkiləcək. Yayım tarixi hələ müəyyən edilməyən “Kurtlar Vadisi Xaos”un aktyor heyətində Erhan Ufak, Erkan Sever, Hakan Boyav və Ayşegül Çınarın olacağı bildirilir.
“Kurtlar Vadisi” serialının ssenaristlərindən olan Bahadır Özdener və Raci Şaşmaz ilə 4 sezonda 99 bölüm üçün konsept məsləhətçisi olan Soner Yalçın ötən il bir yerdə görüşərək saatlarla görüşüblər.
Gununsesi.info