Amerikalı aktrisanın İran paylaşımı qalmaqala səbəb oldu

Amerikalı kino ulduzu Uitni Raytın İranda baş örtüklü pozaları müzakirələrə səbəb olub.

Gununsesi.info xəbər verir ki, İsraili tənqid etməsi ilə də tanınan Uitni Rayt sosial media hesabında Tehranda bağlanmış köhnə ABŞ səfirliyinin binası qarşısında baş örütlü fotolarını paylaşıb. Rayt paylaşımlarından sonra İran təbliğatı aparmaqda günahlandırılıb.

Qeyd edək ki, 1979-1981-ci illərdə girov böhranından sonra iki ölkə arasında diplomatik münasibətlər kəsildikdən sonra ABŞ-ın Tehrandakı səfirliyi bağlanıb. Bina İranda ABŞ əleyhinə əhval-ruhiyyənin simvolu kimi qiymətləndirilir.

İranlı qadınların hüquqlarını müdafiə edən Fransada fəaliyyət göstərən “Association Femme Azadi” təşkilatı bildirib ki, “Uitni Rayt İranı tanıtmaq üçün Tehrana dəvət edilib”.

İran hökuməti isə amerikalı aktrisanın işindən xəbərsiz olduqlarını və Raytın ölkəyə normal turist vizası ilə daxil olduğunu bildirib. Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kenani bildirib ki, ABŞ və İran arasındakı gərginliyə baxmayaraq, ABŞ vətəndaşlarının ölkəyə səfəri qadağan edilmir.

Rayt tənqidlərə cavab verib və deyib ki, o, İran təbliğatı aparmır, sadəcə gördüklərini paylaşır.

Gununsesi.info