
Kürdəmir rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info-nun xəbərinə əsasən , hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Xırdapay kəndindən keçən hissəsində qeydə alınıb.
“Hyundai” markalı nəqliyyat vasitəsinin sürücüsü 1991-ci il təvəllüdlü Orxan Abdullayev Hacıqabul istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.
Qəza zamanı sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı dərhal təcili tibbi yardım avtomobilinin köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.
Hazırda faktla bağlı araşdırma aparılır.