Koronavirusa yoluxmuş deputat: “Özümü qorumağa çalışırdım”

Az öncə xəbər Milli Məclisin deputatı Sahib Alıyev koronavirusa yoluxduğunu xəbər vermişdik. Deputat bununla bağlı öz Facebook statusunda yazı paylaşıb.
Gununsesi.org həmin yazını sizə təqdim edir:
“Nə qədər özümü qorumağa çalışsam da, çox təəssüf ki, mən də koronavirusa (COVİD-19) yoluxdum. Sizin hər birinizə sağlıq arzulayıram və ümid edirəm ki, insanların daha çox getmək məcburiyyətində qaldıqları obyektlərdəki vəzifəli şəxslər virusun bu dərəcədə geniş yayılmasının qarşısını almaq üçün nəhəyət gərəkənləri edəcəklər”.

Gununsesi.org

COMMENTS