Qəbul imtahanları onlayn keçirilə bilər? – CAVAB

Qəbul imtahanları onlayn keçirilə bilər? – CAVAB

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi brifinqdə karantin rejimi uzadılarsa, qəbul imtahanlarının onlayn qaydada keçirilməsinə münasibət bildirib.

 

Gununsesi.org  xəbər verir ki, onun sözlərinə görə, eyni gündə onlayn imtahanın yüz min insan üçün təşkili mümkünsüzdür:

“Belə proqram təminatını müəyyən imtahanlar üçün hazırlamışıq. Hər bir kəsin bu imtahanlarda iştirakı üçün vərdişi də olmalıdır və bu, onun imtahan nəticəsinə mənfi təsir göstərməməlidir. O fasiləsiz imtahanlarda keçirmək üçün internet fasiləsiz olmalıdır”

Gununsesi.org

COMMENTS