Tərtərin icra başçısı koronavirusa yoluxması xəbərinə aydınlıq gətirdi- FOTO

Tərtərin icra başçısı koronavirusa yoluxması xəbərinə aydınlıq gətirdi

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bir sıra xəbər portallarında və sosial şəbəkələrdə COVID-19 virusuna yoluxması barədə yayılan xəbərləri təkzib edib. 

Gununsesi.org xəbər verir ki, bu barədə icra başçısının özü “Report”un Qarabağ mərkəzinə bildirib.

M.Məmmədov qeyd edib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

“Səhhətimlə və sağlamlığımla bağlı heç problemim yoxdur. Hazırda dövlətimə xidmət edir, cənab Prezident İlham Əliyevin mənə verdiyi tapşırıqlara əsasən xalqa xidmət edirəm”.

Qeyd edək ki, Tərtər rayonundan olan deputat Sahib Alıyev koronavirusa yoluxub.

Gununsesi.org

COMMENTS