
“Bəzi kateqoriyadan olan vətəndaşlara dəfn müavinətləri verilsin”.
Gununsesi.info xəbər verir ki, bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev çıxış edib.
Deputat qeyd edib ki, Azərbaycan dövləti vətəndaş doğulandan dünyasını dəyişənə qədər onu himayə edir, qayğı göstərir: “Pensiya, sosial müavinət, işləyənlər, işsizlikdən sığorta alanlar dəfn müavinəti ilə təmin olunur. Hörmətli Sahil müəllim, kiçik bir kateqoriya var ki, təxminən 10-12 milyon vəsait lazımdır.
İşləməyən və ya sığorta məbləği az olan vətəndaşlarımızın dəfn müavinəti məsələsini gündəmdə saxlasanız, yaxşı olardı. Komitə adından aidiyyəti üzrə məktublar göndəriləcək”.
Gununsesi.info