Kişiyə yeni qol köçürüldü – Dünyada ilk (video)

  • By turana
  • 27 Yanvar 2021 21:04

 

Fransada dünya tibbində ilk dəfə olaraq xəstəyə hər iki qolun transplantasiyası əməliyyatı keçirilib.

48 yaşlı islandiyalı kişi elektrik zərbəsindən hər iki qolunu itirmişdi.

Cərrahlar onun üzərində bir neçə ağır əməliyyatlar keçirmişdilər.

Lakin ən çətini hər iki qolun yenidən köçürülməsi idi.

Əməliyyat 15 saat davam edib.

Xəstəyə köçürülən qollar meyit orqanıdır.

Qolların əməliyyatdan sonra hərəkət səviyyəsi yaxın vaxtda məlum olacaq.
Hələ ki, pasiyentin vəziyyəti stabildir. /medicina.az

 

Gununsesi.info