
“Mançester Yunayted” futbolçusu Odion İqalo ilə yollarını ayırıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
31 yaşlı hücumçu ilə başa çatan icarə müqaviləsinin müddəti uzadılmayıb. Beləliklə, o, müqavilə ilə məxsus olduğu Çinin “Şanxay Şenxua” klubuna qayıdıb.
İqalo ötən ilin yanvarında icarə əsasında “Mançester Yunayted”ə keçmişdi. O, İngiltərə təmsilçisində 23 oyunda 5 qol vurub, 1 qolun ötürməsini verib.
Gununsesi.info