
ABŞ-ın Prezident Administrasiyası Səudiyyə Ərəbistanına və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) silah tədarükünə müvəqqəti qadağa qoyub.
“The Wall Street Journal” nəşri bu barədə rəsmi mənbələrə istinadən xəbər yayıb.
Mənbə yazır ki, Co Baydenin rəhbərlik etdiyi administrasiyanın əməkdaşları Donald Tramp dövründə imzalanmış milyardlarla dollar həcmindəki müqavilələri yoxlayır.