
Gununsesi.info xəbər verir ki, belə bir qənaət “Circulation” nəşrində dərc edilmiş elmi tədqiqatların birində ortaya qoyulub.
“Çox güman ki, koronavirus 2020-ci ildə insan ölümünün üç ən çox səbəbindən biridir. Bizim ehtimalımıza görə, qarşıdakı bir neçə il ərzində koronavirus ürək və damar xəstəliklərinin artmasını birbaşa və ya dolayı yolla şərtləndirəcək”, – deyə tədqiqatın müəlliflərindən olan Baylor Təbabət Kollecinin (Hyuston, Texas) dosenti Səlim Virani bildirib.
Ürək-damar xəstəlikləri koronavirusa yoluxan xəstələr üçün ən ciddi risq amillərindəndir. Belə ki, tədqiqatlara əsasən, ürək və damar xəstəlikləri COVID-19-da ölüm ehtimalını 4 dəfədən çox artırır. Bu da koronavirus ürək hüceyrələrinə sızaraq çoxalır, ürəyin fəaliyyətini əngəlləyir.
Son iki ilə ərzində ürək və damar xəstəliklərindən ölənlərin sayı 2010-cu ilə nisbətən 17.1 faiz çox olub. Son bir ildə isə dünyada bu cür xəstəlik halları 26,6 faiz artım göstərib. Ekspertlərin qənaətincə, COVID-19-un yaratdığı fəsadlar üzündən bu rəqəm növbəti illərdə daha da arta bilər.