
Ukraynanın hava məkanı hərbi texnikanın istifadəsi ilə bağlı təhlükəsizlik təhdidinə görə mülki təyyarələr üçün bağlıdır.
Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıblar.
Rusiya prezidenti Vladimir Putin bir müddət əvvəl Donbassda xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini bildirib. Televiziya ilə ruslara müraciətində o, bildirib ki, “yaranmış vəziyyət bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, Donbass xalq respublikaları yardım xahişi ilə Rusiyaya üz tutub”.
O əlavə edib ki, “DXR” və” LXR” ilə dostluq və qarşılıqlı yardım müqavilələrinə uyğun olaraq, xüsusi hərbi əməliyyat keçirmək qərarı verib. Putin Ukrayna hərbçilərini Ukrayna hakimiyyətinin əmrlərinə tabe olmamağa, silahlarını yerə qoymağa və evlərinə getməyə çağırıb.
Gununsesi.info