
Vladimir Putinin hərbi əməliyyat elanı və bunun ardınca başlayan ilk hücumlardan sonra Kiyevdə fövqəladə vəziyyət elan olunub.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bundan sonra Kievdən çəkilən görüntülərdə insanların şəhərdən qaçdığı görünüb. Eyni zamanda, avtomobil axınları tıxaca səbəb olub.
Televiziya görüntülərində həmçinin, insanların küçələrdə qrup halında dua etdiyini göstərir.
“Guardian” Kiyevdəki əməkdaşı Luke Harding “Twitter”dəki hesbaında küçələrdə az adam olduğunu və insanların bankomatların qarşısında növbə yaratdığını yazıb.
Gununsesi.info