Putin zarafatlaşdı: “Kolbasanı yerinə qoy, hər şeyi bağışlayım” –VİDEO

Putin zarafatlaşdı: “Kolbasanı yerinə qoy, hər şeyi bağışlayım” –

Rusiya Prezidenti Vladimir Putin Adıgey Respublikasında yerli istehsalçıların kənd təsərrüfatı məhsullarının sərgisində iştirak edib.

Putin sərgidə Cənub Federal Dairəsindəki səlahiyyətli nümayəndəsi Vladimir Ustinovla zarafat edib. Belə ki, Prezident məhsullarla tanışlıq zamanı əlinə kolbasa götürən Ustinova çevrilərək “Kolbasanı yerinə qoy, bütün hər şeyi bağışlayacam” deyib.

Putinin sözləri ziyarətçilərin gülüşünə səbəb olub.

 

Xəbər qafqazinfo.az saytında dərc edilib.

 

 

Gununsesi.org

COMMENTS