Kataloniyada etirazlar dəvam edir- 19 NƏFƏR SAXLANILDI, 5 POLİS XƏSARƏT ALDI

Kataloniyada etirazlar dəvam edir

Kataloniyada muxtariyyətin müstəqillik tərəfdarlarının keçirdiyi etirazların dördüncü günü azı 19 nəfər saxlanılıb.

Bu barədə Gununsesi.org “RİA “Novosti”-yə istinadən xəbər verir.

Kataloniya hüquq-mühafizə orqanlarının məlumatına görə, iğtişaşlar zamanı 5 əməkdaş xəsarət alıb. Muxtariyyətin fövqəladə hallar xidməti isə oktyabrın 17-də 18 nəfərin xəsarət aldığını bildirib.

Xatırladaq ki, mitinqlər, avtomobil və dəmir yollarının bağlanması və iğtişaşlar oktyabrın 14-də – İspaniya Ali Məhkəməsinin 2017-ci ildə qanunsuz şəkildə müstəqillik haqqında referendum keçirilməsində əli olan 12 katalon siyasətçi barədə hökm çıxardıqdan sonra başlayıb.

Muxtar icmanın müxtəlif şəhərlərində baş verən qarşıdurmalar zamanı həftənin əvvəlindən 200-ə yaxın hüquq-mühafizə orqanı nümayəndəsi daxil olmaqla, 500 nəfər xəsarət alıb, 100-ə yaxın adam saxlanılıb.

 

 

Gununsesi.org

COMMENTS