“Bəzən uşaqların dalaşmasına icazə vermək lazımdır…”- DONALD TRAMP

“Bəzən uşaqların dalaşmasına icazə vermək lazımdır…”

ABŞ vitse-prezidenti Maykl Pensin başçılıq etdiyi nümayəndə heyətinin Ankarada ötən gün apardığı kiritik danışıqlardan və əldə edilən anlaşmadan cəmi bir neçə dəqiqə sonra prezident Donald Tramp yenə dilini dinc qoymayıb, Türkiyəyə sataşıb.
Gununsesi.org xəbər verir ki, O, Türkiyənin Suriyanın şimalında YPG/PKK qüvvələrinə qarşı başlatdığı əməliyyatı “uşaqların davası” kimi qiymətləndirib.
Xatırladaq ki, ABŞ-la Türkiyə arasında əldə edilən anlaşmaya əsasən Ankara Suriyanın şimalında “Barış pınarı” əməliyyatını 120 saatlıq dayandırır. Bu müddət ərzində kürd YPG qüvvələri Türkiyə sərhədindən 30 kilometr məsafəyə geri çəkilməlidir və təhlükəsizlik zolağı yaradılmalıdır. Həmin şərt yerinə yetiriləndən sonra uzunmüddətli atəşkəs qüvvəyə minəcək.
Anlaşmanın əldə edilməsindən az sonra prezident Donald Tramp Texasda 2020-ci il prezident seçkiləri kampaniyası çərçivəsində təşkil edilmiş mitinqdə çıxışı zamanı Türkiyənin başlatdığı əməliyyat və Ankarada əldə edilən anlaşma barədə ağlasığmaz müqayisələr aparıb.
Gununsesi.org

COMMENTS