Almaniyada irqçilər 8 ayda 12 493 cinayət törətdilər

Almaniyada irqçilər 8 ayda 12 493 cinayət törətdilər

Almaniyada radikal sağçılar (iqrçilər -red) tərəfindən törədilən cinayətlərin yeni statistikası açıqlanıb.

Gununsesi.org AzEuroNews.com-a istinadən xəbər verir ki, Almaniya Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bu ilin son 8 ayında ölkədə radikal sağçılar tərəfindən törədilən cinayətlərin 12 493 olduğu açıqlanıb.

Nazirlikdən bildirilib ki, bu cinayətlərin 542-sində şiddət qeydə alınıb və nəticədə 250 nəfər yaralanıb.

Eyni zamanda polisdə 3 686 radikal sağçı barədə cinayət işi açılıb. Onlardan 40-ı həbs edilib.

 

 

Gununsesi.org

COMMENTS