Xarici işlər naziri Elmar Məmmədyarov Qətərin Azərbaycana yeni təyin olunmuş səfiri Feysal bin Abdullah Həməd Abdullah Əl Hənzabı qəbul edib.
Gununsesi.org xəbər verir ki, Xarici İşlər Nazirliyindən mətbuata verilən məlumata görə, görüşdə Azərbaycan və Qətər arasında ikitərəfli siyasi münasibətlərin inkişafından məmnunluq ifadə olunub və iqtisadi-ticarət, mədəniyyət və turizm sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğu vurğulanıb.
Səfir etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Gununsesi.org
COMMENTS