
Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ceyranbatan su kanalının Sumqayıt şəhərinin “Stansiya Sumqayıt” deyilən ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olmuşdur.
Gununsesi.info xəbər verir ki, bu haqda FHN məlumat yaymışdı.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Sumqayıt Regional Mərkəzinin müvafiq qüvvələri əraziyə cəlb edilib və kanalda batan 2011-ci il təvəllüdlü Əliyev İbrahim Samir oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Gununsesi.info