Gecə “El-Klasiko” var

  • By ilhame
  • 21 Aprel 2024 11:50

Bu gün İspaniya La Liqasında “El-Klasiko” oynanılacaq.

Gununsesi.info xəbər verir ki, “Real” 32-ci turda “Santyaqo Bernabeu” stadionunda “Barselona” ilə qarşılaşacaq. Əzəli rəqiblərin dueli Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı Sezar Soto idarə edəcək.

Hazırda La Liqanın turnir cədvəlinə 78 xalla “Real” liderlik edir. “Barselona” isə 70 xalla 2-cidir.

Bu komandalar arasında İspaniya Superkuboku çərçivəsində keçirilən son oyunda Madrid təmsilçisi 4:1 hesablı qələbə qazanıb.

Gununsesi.info