
“Kanal-13” internet televiziyasının əməkdaşı Rüfət Muradlının saxlanılması səbəbi bəlli olub.
Gununsesi.info məlumatına görə, jurnalist İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinir.
Qeyd edək ki, Rüfət Muradlının barəsində inzibati protokol tərtib olunub. O, hazırda məhkəməyə çıxarılır.
Rüfət Muradlıya inzibati qaydada həbs veriləcəyi gözlənilir.
Qeyd edək ki, bundan əvvəl “Kanal13″ün rəhbəri Əziz Orucov da saxlanılmışdı. Noyabrın 28-də Bakının Səbail Rayon Məhkəməsi hakim Ülviyyə Şükürovanın sədrliyi ilə “Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov barəsində 3 ay həbs qətimkan tədbiri seçib.
Gununsesi.info