Kanada sakini lotoreyada 6,8 milyon dollar udub

Kanada sakini lotoreyada 6,8 milyon dollar udub

Kanadanın “49-dan 6” milli lotoreyasında 9 milyon Kanada dolları (6,8 milyon ABŞ dolları) məbləğində jekpot oynanılıb.

Gununsesi.org TASS-a istinadən xəbər verir ki, bu barədə OLG şirkətinin nümayəndələri bildirib.

“Düşən nömrələr – 9, 12, 17, 23, 41  44, bonus sayı 3 olub”, – deyə təşkilatçılar bildiriblər.

Qeyd edilir ki, qalib fransızdilli Kvebek əyalətinin sakini olub.

Bundan başqa, lotoreyada milyon Kanada dolları (760 min ABŞ dolları) məbləğində təsəlliverici mükafat oynanılıb. Uduşlu bilet Ontario əyalətində satılıb.

“49-dan 6” Kanadada 1982-ci ildən oynanılır və ölkənin ilk milli lotoreyasıdır.

 

Gununsesi.org

COMMENTS