“Dövlətimiz sağolsun, mən azadlıqdayam. Barəmdə açılmış cinayət işi xətm olundu və evə buraxıldım”.
Bu sözləri Gununsesi.org-a açıqlamasında Beyləqan Rayon Polis Şöbəsi tərəfindən xuliqanlıq ittihamı ilə həbs edilən Qarabağ döyüşçüsü polkovnik Qadir Vəlişov söyləyib.
Həbsi barədə xəbəri ictimailəşdirdiyi üçün Gununsesi.org-a təşəkkürünü bildirən polkovnik ona dəstək verən parlament və ictimaiyyət nümayəndələrini də unutmayıb:”Millət vəkili Məlahət İbrahimqızı , Qarabağ qaziləri, media təmsilçiləri də sağolsun. Bu gün mən azadlıqdayam”.
Elmar Elnuroğlu
COMMENTS