FIFA Blatter və Platiniyə qarşı 2 milyon franklıq iddia qaldırıb

FIFA Blatter və Platiniyə qarşı 2 milyon franklıq iddia qaldırıb

FIFA eks-prezidenti Yozef Blatter və sabiq vitse-prezidenti Mişel Platiniyə qarşı rəsmən iddia qaldırıb.

Gununsesi.org-un məlumatına görə, ali futbol qurumu 2011-ci ilin fevralında fransalı keçmiş futbolçuya əsassız ödənilmiş 2 milyon İsveçrə frankının (3,46 milyon manat) qaytarılmasını tələb edib.

Bu bir müddət öncə FIFA-nın İdarəetmə üzrə Komitəsinin yekdilliklə qəbul etdiyi qətnamədə əksini tapıb. Həmin sənəddə göstərilir ki, FIFA keçmiş səlahiyyətli şəxsinin birindən digərinə qeyri-qanuni ödənilmiş vəsaiti geri qaytarmaqda borcludur. Hətta İsveçrə Federal Ali Məhkəməsi 2 milyon frank məbləğində “hədiyyə”yə əsaslandırılmamış vəsait kimi baxılmasının gərəkliyini təsdiqləyib.

Faiz, əlavə nizam-intizam xərcləri və cərimələri formasında qaytarılmış vəsaitlər, ilk növbədə, futbolun inkişafına yönəldiləcək.

Qeyd edək ki, Yozef Blatter və Mişel Platini öz tərəflərindən hər hansı qayda pozuntusunu inkar edirlər.

 

Gununsesi.org

COMMENTS