İran prezidenti Həsən Ruhani dekabrın 20-də Yaponiyaya gedəcək.
Gununsesi.org “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İranın Xarici işlər nazirinin müavini Abbas Arakçi bildirib.
“Bu səfər Yaponiyanın Baş Nazirinin Tehrana rəsmi səfərinə cavab olaraq gerçəkləşdiriləcək”, – deyə Arakçi bildirib.
Xatırladaq ki, Yaponiyanın Baş Naziri Sindzo Abe bu ilin iyununda İranda rəsmi səfərdə olub. Abe son 41 ildə İrana səfər edən ilk Baş Nazirdir.
Gununsesi.org
COMMENTS