Kamran Əliyevdən xanım deputatlara jest

  • By Admin2
  • 07 Mart 2026 14:52

Azərbaycan Respublikasının Baş Prokurorluğunda 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.

Gununsesi.info-nun xəbərinə görə, Baş prokuror Kamran Əliyev bayram münasibəti ilə Milli Məclisin bir sıra xanım deputatları ilə görüşüb.

Görüşdə Sevinc Fətəliyeva, Fatma Yıldırım, Günay Əfəndiyeva, Nigar Məmmədova və Sevinc Hüseynova iştirak edib.

Kamran Əliyev onları bayram münasibəti ilə təbrik edib və siyasi fəaliyyətlərində uğurlar arzulayıb.

O da bildirilib ki, son illər ölkəmizdə qadınların dövlət idarəçiliyində, o cümlədən prokurorluq orqanlarında fəaliyyəti və sayı əhəmiyyətli dərəcədə artmaqdadır. Bu isə cəmiyyətimizdə gender bərabərliyinin güclənməsinin və qadınların peşəkarlığının yüksək qiymətləndirilməsinin göstəricisidir.

Xanım deputatlar sonda göstərdiyi diqqətə görə Kamran Əliyevə təşəkkür ediblər.

Gununsesi.info